Lukaşenkodan "Vaqner"lə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Vaqner”in rəhbəri Yevgeni Priqojin Belarusda deyil, Sankt-Peterburqdadır. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.
“Vaqner” Rusiyanın şirkətidir. Ona görə də onunla bağlı suallar mənə ünvanlanmamalıdır. Məndə olan məlumata görə, “Vaqner” döyüşçüləri öz düşərgələrindədirlər”, – deyə A.Lukaşenko “Vaqner” rəhbərinin harada olması ilə bağlı sualı cavablandırıb.
Belarus Prezidenti ölkəsində “Vaqner”in döyüşçülərinin yerləşdirilməsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, “Vaqner” muzdlu təşkilatının döyüşçülərinin Belarusa köçürülməsi Rusiyadan və həmin təşkilatın qərarından asılıdır.
"Müəyyən sayda döyüşçünün yerləşdirilməsindən qətiyyən narahat deyiləm. Onlardan istifadə etmək lazım gələrsə, biz bunu dərhal edəcəyik. “Vaqner” döyüşçülərinin cəbhədə əldə etdikləri məlumatları nəzərdən keçirərək hazırlıq üçün istifadə edəcəyik", – deyə Belarus dövlət başçısı əlavə edib.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
