Mağazalar qapılarını müştərilərin üzünə bağladı | Sahibkarlar çıxılmaz vəziyyətdə
Yeniliklərdən dərhal xəbərdar olun
Genişmiqyaslı elektrik kəsintisi səbəbindən işıqsız qalan İspaniya iqtisadiyyatına dəyən zərər 1 milyard avroya çata bilər.
Xarici media xəbər verir ki, analitiklər dəqiq itkiləri qiymətləndirməyin hələ tez olduğunu desələr də, bir çox müəssisənin bağlanması ümumi daxili məhsula (ÜDM) əhəmiyyətli təsir göstərdiyindən belə qənaətə gəliblər.
Gün ərzində iri sənaye şirkətləri və supermarketlər qapılarını bağlamağa məcbur olub ki, bu da xidmət sektorunda, müntəzəm alış-verişdə problem yaradıb. Restoran, müəssisə və kiçik fabriklər dəyən zərərə görə enerji təchizatçılarından və ya sığorta şirkətlərindən təzminat tələb etməyi düşünür.
Bank sektoru da gün ərzində durğunluq yaşayıb. Bəzi bankomatlarda nağd pul çıxarmaq üçün uzun növbələr yaranıb. Kartla ödəniş sistemləri demək olar ki, tamamilə sıradan çıxıb. Nəqliyyat sistemi iflic olub. Planlaşdırılan 6 000 uçuşdan 344-ü ləğv olunub.
#İspaniya teqi istifadə olunub
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
- Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
