Makron Budapeştdəki Avropa liderlərinə səsləndi | “Politiko” nəşrindən sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Donald Trampın seçilməsindən sonra otyeyən olmamalıdır, hər şeyi yeyən olmalıdır”.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin iclasında deyib.
“Politico” yazır ki, E.Makron Avropanın Çin və ABŞ kimi ticarət rəqiblərindən daha müstəqil olmaq cəhdlərinin əsas tərəfdarı olması ilə məşhurdur.
“Mənim üçün hər şey sadədir. Dünya otyeyən və ətyeyənlərdən ibarətdir. Əgər biz otyeyən kimi qalmaq istəsək, ətyeyənlər qalib gələcək və biz onlar üçün bazar olacağıq. Məncə, biz hər şeyi yeyən olmalıyıq. Mən aqressiv olmaq istəmirəm, sadəcə bilirik ki, bu məsələlərdə özümüzü necə müdafiə edək”, – deyə E.Makron Budapeştdəki Avropa liderlərinə deyib.
Nəşr vurğulayıb ki, E.Makronun son dövrlər Avropa Birliyində mövqeyi laxlayıb. O, özəlliklə özünü Avropa Birliyi ilə ABŞ arasında əsas zəncir kimi göstərməyə çalışıb. Bu baxımdan adının çəkilməsini istəməyən diplomatlardan biri nəşrə deyib ki, E.Makron AB-ni daha suveren etmək üçün D.Trampın seçilməyini bəhanə kimi istifadə etməyə çalışır.
Buna qəzet Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyartonun Budapeştdə verdiyi açıqlamanı göstərib:
“Avropa düşünməlidir. Əgər siz mənə “Avropa ABŞ-ni əvəz etməlidirmi?” nəzəri sualını versəniz, buna açıq-aşkar “yox” deyərdim. ABŞ-dəki seçkilərin nəticələri təkcə Avropada yox, dünyada da yeni reallıq yaradır”.
“Politico”ya danışan adının çəkilməsini istəməyən Avropa Birliyi diplomatı deyir ki, Budapeştdəki iclasda onlar E.Makronun birlik çağırışlarına inanmayıblar:
“O, birlikdən danışır, amma bunun mənası fransız birliyidir. Əgər bu, yenidən körpüləri yandırmaqdırsa, o zaman çox sağ olsun, bizə lazım deyil. Biz transatlantik münasibətlər üçün açıq qalmaq istəyirik”.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
