Makron özünü ifşa etdi | Zaxarovadan sərt sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Prezidenti üçün cəbhədəki vəziyyət dəhşətli və fəlakətlidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.
Bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatı belə Volodimir Zelenskiyə kömək etməyəcək.
“V.Zelenskini heç nə xilas etməyəcək: nə itkiləri minimuma endirməklə bağlı danışdıqları yalanlar, nə də özlərini öyərək səsləndirdiyi ifadələr. Ukraynalılar aldandıqlarını başa düşürlər və bu fonda Ukrayna Silahlı Qüvvələrinin sıralarında qırğına sürülən Ukrayna vətəndaşlarını ruhlandıracaq, onlara kömək edəcək xarici dövlətlərin ifadələrinə ehtiyacı var.
Maraqlıdır ki, E.Makron kimi və hara göndərəcək? V.Zelenskinin bunkerini qorumağa? Əlbəttə ki, bu, Fransa üçün belə ayıbdır. O, özünü dövlət başçısı, siyasətçi kimi ifşa etdi. Bununla da kifayətlənmədi. Bu, anti-Hitler koalisiyasının sıralarında bugünkü Fransanın BMT Təhlükəsizlik Şurasında yer almasını təmin edən insanlara atəş açmaqdır”.
M.Zaxarova əlavə edib ki, E.Makronun bəyanatları fonunda çoxlu sayda NATO ölkələri və onun strukturları nümayəndələrinin Ukraynaya qoşun göndərməyi heç bir şəkildə nəzərdən keçirmədikləri barədə bəyanatlar verib.
Bildirib ki, alyans üzvləri Ukraynaya xəyanət ediblər və bundan sonra da etməyə davam edəcəklər.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
