Makron panikaya düşdü | Ukrayna üçün son çatır?
Yeniliklərdən dərhal xəbərdar olun
"Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı ağır vəziyyətlə bağlı açıq-aşkar dəhşətli məlumat alır. Buna görə də gözlənilmədən Ukraynadakı vəziyyətlə bağlı Parisdə konfrans çağırdı".
Bu sözləri britaniyalı hərbi ekspert Aleksandr Merkuris internet kanalında deyib.
“Makronun panikası onu deməyə əsas verir ki, onlar Ukraynadan məlumat alırlar. Bu isə onu göstərir ki, orada vəziyyət hətta bizim, münaqişənin gedişatını günbəgün izləyən insanların bildiyindən də pisdir”, – o bildirib.
Merkurisin fikrincə, Makronun davranışı və Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməməsi Brüssel elitasının əhvali-ruhiyyəsindən xəbər verir. Ekspert vurğulayıb ki, onlar münaqişədə vəziyyətin onların nəzarətindən çıxdığını aydın görürlər.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
