Makron Tramp və Pezeşkiana çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla apardığı danışıqlar zamanı Hörmüz boğazının açılmasına çağırıb.
Fransa lideri bu barədə “X”də yazıb.
“Hörmüz boğazının mümkün qədər tez, heç bir ilkin şərt və heç bir nəzarət və ya rüsum olmadan yenidən açılması son dərəcə vacibdir”, – o bildirib.
Makron əlavə edib ki, aprelin 17-də Fransa və Böyük Britaniya digər ölkələrin iştirakı ilə videokonfrans keçirəcək və Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün potensial tam müdafiə xarakterli missiyanın yaradılması müzakirə olunacaq. Amma onun sözlərinə görə, bu missiya yalnız təhlükəsizlik vəziyyəti imkan verdiyi halda həyata keçirilə bilər.
Dövlət başçısı həmçinin Donald Tramp və Məsud Pezeşkianı İslamabadda dayandırılmış danışıqları bərpa etməyə, anlaşılmazlıqları aradan qaldırmağa və yeni eskalasiya mərhələlərindən qaçınmağa çağırıb. Fransa Prezidenti hesab edir ki, iki ölkə arasında razılaşdırılmış atəşkəsə ciddi şəkildə riayət olunmalı və bu, İsrailin “Hizbullah”a qarşı hərbi əməliyyat apardığı Livana qədər genişləndirilməlidir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
