Pleyeri seçin:

Makronla Bayden müharibə ilə bağlı hərəkətə keçdi? | Mühüm müzakirələr aparıldı

26 noyabr 2024 447 baxış

İsrail və Livan müharibəni bitirəcək atəşkəs razılaşmasını qəbul edə bilər. Əgər razılıq əldə olunarsa, 2 ölkə sərhədindəki yüzminlərlə mülki şəxs tədricən evlərinə qayıdacaq.

Atəşkəs layihəsində İsrail Ordusunun Livanın cənubundan çəkilməsi, Livan Ordusunun sərhədə yaxın ərazilərdə yerləşdirilməsi və “Hizbullah”ın bir sıra silahlarını Litani çayının şimalına daşıması öz əksini tapıb. Bütün bunların 60 günlük keçid dövrü ərəfəsində həyata keçirilməsi nəzərdə tutulur.

Daha bir maraqlı məqam isə bundan ibarətdir ki, layihənin icrasına və pozuntuların aradan qaldırılmasına ABŞ-nin rəhbərliyi altında olan xüsusi komitə nəzarət edəcək. Eyni zamanda rəsmi Vaşinqton Livan ərazisindən gələn təhdidlərə qarşı İsrailə təminat məktubu verməyə də razılaşıb.

Bütün bunlar Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin sabiq müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxarılmasının fonunda baş verib. Məhkəmənin qərarına qəzəblənən Netanyahu Fransa Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı müsbət reaksiyasından sonra daha da hiddətlənib.

Livan Fransanın atəşkəs danışıqlarına nəzarətin bir hissəsi olmasını tələb etdiyinə görə vəziyyət bir az da çətinləşib.

ABŞ Prezidenti Cozef Bayden isə problemin həlli üçün fransalı həmkarı Emmanuel Makronla müzakirələr aparıb. Ağ Ev lideri Netanyahunun mövqeyindən çıxış edərək Makronun sövdələşməyə vasitəçilik etməsinin əleyhinə olduğunu açıqlayıb.

Bu gərginlikdən sonra, rəsmi Paris məsələ ilə bağlı 2-ci bəyanatını yayıb. Xarici medianın məlumatına görə, hazırda atəşkəs danışıqları müsbət istiqamətdə irəliləyir. Lakin bir sıra məqamların müzakirəsi hələ də yekunlaşmayıb.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 447 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 447 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 447 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 447 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 447 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 447 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 447 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 447 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 447 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 447 baxış
Seçilmişlər
icon