Makronun qalmaqallı Ukrayna açıqlamasına ABŞ-dən reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Emmanuel Makronun Avropa İttifaqı ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı açıqlaması qitənin Rusiyanın hərbi planlarını pozmaqla bağlı qətiyyətini nümayiş etdirir.
Bu barədə “The New York Times” nəşrində məqalə dərc olunub.
Bildirilib ki, E.Makronun açıqlamaları Ukraynanın Vaşinqtonda yardım problemləri ilə üzləşdiyi bir vaxta təsadüf edir. Konqresdə oturan respublikaçılar hazırda xeyli ehtiyac duyulan maliyyə yardımının qarşısını alırlar.
Müəllifin sözlərinə görə, Avropa liderləri Rusiyanın uzatdığı müharibədə rəsmi Kiyevə dəstək verməyə hazır olduqlarını nümayiş etdirirlər. Çünki döyüşlər qeyri-müəyyən vaxta qədər uzanır və ABŞ-nin gözlənilən yeni yardımları şübhə altına düşüb.
Qeyd edək ki, Emmanuel Makron fevralın 26-da Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar verib. O deyib ki, Qərb müttəfiqləri Kiyevi orta və uzaqmənzilli raketlərlə təmin etmək üçün koalisiya yaradıblar.
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
