Pleyeri seçin:

Mariya Zaxarovadan Serbiyadakı İğtişaşlarla bağlı açıqlama

25 dekabr 2023 384 baxış

“Belqraddakı iğtişaşların arxasında Qərb dayanır”.

Belə bir açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. Bildirib ki, Qərbin “Maydan çevrilişləri” üsulundan istifadə edərək ölkədəki vəziyyəti qarışdırmağa cəhd etdiyi göz qabağındadır.

M.Zaxarova vurğulayıb ki, vəziyyətə yeganə nəzarət yolu konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən serb xalqının seçiminə hörmət etməkdir.

Qeyd edək ki, dekabrın 17-də keçirilən seçkilərin nəticələri ilə razılaşmayan ölkənin müxalifət blokunun tərəfdarları Belqrad administrasiyasına hücum edib, binanın şüşələrini sındıraraq içəri keçməyə cəhd ediblər. Etirazçıları dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Xalqa müraciətində Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, aksiyada iki polis əməkdaşı ağır yaralanıb, iğtişaşın 35-dən çox iştirakçısı saxlanılıb.

Onun sözlərinə görə, Belqradda keçirilən etiraz aksiyaları Serbiyanı müstəqillik və suverenliyindən məhrum etmək cəhdidir. O, Serbiya hakimiyyətini gözlənilən hərəkətlərlə bağlı xəbərdar edən tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinə təşəkkür edib.

Banner
ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

Dünya
09 noyabr 2026 384 baxış
Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Dünya
09 noyabr 2026 384 baxış
Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Dünya
09 noyabr 2026 384 baxış
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 384 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 384 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 384 baxış
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 384 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 384 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 384 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 384 baxış
Seçilmişlər
icon