Mən təsdiqlədim və təkrar edirəm | Paşinyan II Qaregini bu dəfə nədə ittiham etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini xəyanətdə ittiham edib. O, katolikosun Tanrını da aldatdığını bildirib.
“Bəzi evli keşişlər öz rəhbərlərinin göstərişi və məcburiyyəti ilə dünən verdiyim bəyanatımı mübahisələndirməyə cəhd edirlər. Mən bəyan etmişdim ki, erməni kilsəsinin bütün evli keşişləri xalqı və Tanrını aldatmadıqları üçün mənim qardaşlarımdır.
Hörmətli atalar, mən sual vermədim, təsdiqlədim və təkrar edirəm: Erməni Apostol Kilsəsinin evli keşişlərinin hamısı mənim qardaşlarımdır, o cümlədən mənfi bəyanatlar verənlər, çünki siz nə xalqı, nə də Tanrını aldadırsınız. Sənin də Ktrij Nersisyan kimi övladın varsa, amma o, xalqı və Tanrını aldatdığı halda niyə kilsədə onun səndən yüksək statusu var, sənin yox?”, ‒ Baş nazir qeyd edib.
Paşinyan vurğulayıb ki, II Qaregin subaylıq andını pozaraq kilsəyə xəyanət edib:
“Niyə zinakar bir “subay keşiş” sizə hökmranlıq və rəhbərlik etməlidir. O, bu hüququ murdarladığı subaylıq andı sayəsində əldə edib. Ktriç Nersisyan da mənim qardaşımdır. Amma o, katolikos deyil və Ali Patriarxlığı tərk etməlidir. Əgər getməsə, qardaşlar, biz onu hörmətli evli keşişlər kimi birlikdə uzaqlaşdıracağıq”.
#II Qaregin teqi istifadə olunub
- Ermənistanda böhran dərinləşir | Qaregin məhkəmə qarşısında - Baku TV CANLI
- Nikol Paşinyan II Qaregin və erməni kilsəsi ilə bağlı planını açıqladı
- Erməni kilsəsi ilə hakimiyyət üz-üzə: İkinci Qareginə qarşı yeni cinayət işi hazırlanır? - Baku TV
- Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında gərginlik yeni mərhələyə keçib - Baku TV CANLI
- Dindarlar Paşinyanın yaydığı bəyanatdan inciyib? | Deputatdan açıqlama
