Pleyeri seçin:

Məşhur 36 yaşlı bloger öldürülüb, yoxsa...? | Qalmaqallı hadisənin detalları

04 iyun 2025 599 baxış

"Karnaval kraliçası" kimi tanınan fitnes influenseri hotelin hovuzunda ölü tapılıb.

Meksikalı idmançı-influenser Mariya Barrera Agaton ailəsi və dostları ilə birlikdə qaldığı hotelin hovuzunda ölüb.

Hadisə Meksikanın Motul şəhərində, Kankunun qərbində yerləşən "Coco Resort & Villas" hotelində baş verib.

36 yaşlı M.B.Agaton gecəni yaxınları ilə hovuz kənarında keçirib, gecə saat 12 radələrində isə hamı otaqlarına çəkilib və o, orada tək qalıb. Səhər saatlarında geri qayıtmadığı üçün narahat olan ailə üzvləri axtarışa çıxıb və qadının meyitini hovuzun dibində tapıblar.

M.B.Agaton dərhal sudan çıxarılıb və hadisə yerinə gələn təcili yardım briqadası müdaxilə etsə də, onun artıq öldüyü müəyyən olunub. Polis istintaqı aparır və hadisənin qəsdən törədilmə ehtimalını istisna etmir.

Yerli mediaya görə, bu hadisə M.B.Agatonun Merida şəhərində yerləşən idman zalının qarşısında ona qarşı təhdid mesajı yazılmış bannerin asılmasından iki həftə sonra baş verib.

Bildirilir ki, M.B.Agaton həmin banneri özü çıxarıb və hüquq-mühafizə orqanlarına məlumat vermədən məhv edib.

2017-ci ildə də M.B.Agaton və onun ovaxtkı həyat yoldaşı, sabiq dövlət prokuroru Çiri Roberto təhdidlərə məruz qalmışdı. Üstəlik, 2023-cü ildə onun rəhbərlik etdiyi idman zalında məşqçinin səhlənkarlığı nəticəsində bir gəncin başına qantel düşmüş və faciəli şəkildə ölmüşdü. İstintaq bu olayların M.B.Agatonun ölümü ilə əlaqəsinin olub-olmadığını araşdırır.

M.B.Agaton Yukatan Bədən Tərbiyəsi və Fitnes Assosiasiyasının vitse-prezidenti idi.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 599 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 599 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 599 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 599 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 599 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 599 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 599 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 599 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 599 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 599 baxış
Seçilmişlər
icon