Məşhur fransız aktyor Alen Delon həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur fransız aktyor Alen Delon vəfat edib. Sənətçi 88 yaşında dünyasını dəyişib.
Karyerasına 1957-ci ildə başlayan aktyor 80-dən çox filmə çəkilib. O, aktyorluqla yanaşı, rejissor, prodüser, ssenarist kimi də fəaliyyət göstərib.
Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf müqabili olub. “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.
Dövrünün öndəgedən simalarından olan Alen Delon haqda bu ilin aprelində Fransanın Montarji kommunasının məhkəməsi gücləndirilmiş qəyyumluq rejimi təyin edib. Alen Delonun gəliri və əmlakı qəyyumun öhdəsinə keçib. Lakin həmin şəxsin adı açıqlanmayıb.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
