Molla rejiminə qarşı etirazlar davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 11-də İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei sünni bəlucilərin yaşadığı Sistan və Bəlucistan əyalətinin sakinləri ilə görüşəcək.
Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. İclasın məqsədi İranın şərqindəki əyalətlərdə böyük iğtişaşlar riskini azaltmaqdır.
Bu əyalət İranda hökumət əleyhinə mitinqlər zamanı ən böyük etiraz nöqtəsi hesab olunurdu. Məhz Sistan və Bəlucistanın paytaxtı Zahedan şəhərində “Qanlı Cümə” kimi tanınan hadisələr baş verib. 2022-ci il sentyabrın 30-da polisin nümayişçilərə qarşı vəhşicəsinə basqısı zamanı ən azı 35 nəfər həlak olub. Bu hadisədən sonra əyalətdə hər həftə cümə günləri rejimə qarşı etiraz aksiyaları keçirilir.
Məhsa Əmini 22 yaşlı kürdəsilli qız idi və hicab taxma qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 2022-ci il sentyabrın 16-da dünyasını dəyişdi. Onun ölümündən sonra bütün İranda hökumət əleyhinə kütləvi etirazlar başlayıb.
#İran teqi istifadə olunub
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- İran ballistik raketlərinin uçuş məsafəsinə qoyulan limiti ləğv etdi
- Tehrandan strateji mesaj: İran nəyə hazırlaşır? - Baku TV CANLI
- Yeraltı komplekslər İranın hərbi istehsalını hücumlardan necə qoruyacaq? - Baku TV CANLI
