“Müharibə mümkün qədər tez bitməlidir” | Volodimir Zelenski
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşmək üçün Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə birgə Parisə gedib.
Görüş zamanı Rusiya-Ukrayna münaqişəsi ətrafında mövcud vəziyyət və dayanıqlı sülhün əldə olunması üçün şərtlər müzakirə olunub.
“Makronla bir neçə saat danışdıq. Bir çox detalları qiymətləndirmək mümkün oldu. Ən çox diqqət müharibənin başa çatması üçün danışıqlara, təhlükəsizlik zəmanətlərinə yönəldilib. Sülh, həqiqətən, etibarlı olmalıdır. Müharibə mümkün qədər tez bitməlidir”, – deyə V.Zelenski bildirib.
Onun sözlərinə görə, E.Makronla danışıqlara Böyük Britaniyanın Baş naziri Keir Starmer, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da qoşulublar. Tərəflər Floridada aparılan son danışıqların nəticələri ətrafında fikir mübadiləsi aparıblar.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
