Pleyeri seçin:

Müharibə və yoxsulluq Myanmada xaşxaş istehsalını bu həddə çatdırdı

04 dekabr 2025 555 baxış

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yeni hesabatına görə, vətəndaş müharibəsi içində olan Myanmada xaşxaş əkini bu il son on ilin ən yüksək həddinə çatıb və ölkə həm də dünyanın ən böyük metamfetamin istehsalçısı olaraq qalır.

2025-ci il Myanma Opium Hesabatı göstərir ki, xaşxaş əkilən ərazilər 2024-cü illə müqayisədə 17% artaraq, 53 100 hektara yüksəlib. Bu, 2015-ci ildən bəri ən böyük göstəricidir.

BMT bildirir ki, Talibanın 2021-ci ildə Əfqanıstanda xaşxaş istehsalını qadağan etməsindən sonra Myanma qeyri-qanuni opiumun əsas dünya mənbəyinə çevrilib.

UNODC Myanmanı eyni zamanda dünyanın ən böyük metamfetamin istehsalçısı adlandırır. Metamfetaminin sənaye miqyasında hazırlanması daha asan olduğundan, Asiya və Sakit Okean bölgəsinə həm həblər, həm də kristal met formasında daşınır.

Ölkədə 2021-ci ildə Aunq San Su Çjinin hökumətinin devrilməsi ilə başlayan vətəndaş müharibəsi fonunda kənd təsərrüfatı çöküb, xaşxaş isə fermerlər üçün əsas gəlir mənbəyinə çevrilib.

Tədqiqat göstərir ki, xaşxaş qiymətlərinin kəskin artması da istehsalı sürətləndirib. 1 kq təzə opiumun qiyməti 329 dollardır. Bu isə 2019-cu ildəki 145 dollardan iki dəfə çoxdur.

Opium iqtisadiyyatının ümumi həcmi 641 milyon-1,05 milyard dollar olaraq qiymətləndirilir ki, bu da Myanmanın 2024-cü il ÜDM-nin 0,9-1,4%-nə bərabərdir.

UNODC bildirir ki, Əfqanıstanda istehsalın çökməsindən sonra Myanma heroininin Avropaya daşınmasında yeni hallar qeydə alınıb. Həcm hələ ki, böyük olmasa da, bazarda artan tələbin Asiyadan təmin edilməyə başlandığı qeyd olunur.

UNODC-nin Cənub-Şərqi Asiya üzrə nümayəndəsi Delfin Şants bildirib: “Myanma kritik mərhələdədir. Kəskin artan əkini göstərir ki, opium iqtisadiyyatı yenidən güclənir və gələcəkdə daha da böyüyə bilər”.

Banner
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 555 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 555 baxış
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 555 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 555 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 555 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 555 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 555 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 555 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 555 baxış
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Dünya
09 noyabr 2026 555 baxış
Seçilmişlər
icon