NASA yavaşlayır, Çin isə... | “Kosmos yarışı”nda iddialı plan
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də məhdudiyyətlər NASA-nın hərəkət sahəsini daraldarkən Çin uzunmüddətli kosmik proqramları ilə diqqət çəkir. Marsdan Tritona qədər uzanan bu hədəflər gələcəyin liderini müəyyən edə bilər.
Dərin Kosmos Kəşfiyyat Laboratoriyası gələcəyə yönəlik iddialı planlarını açıqlayıb. 2028-ci ildə başlayacaq missiya seriyası Marsdan Yerə nümunə gətirməklə yola çıxacaq. Ardınca Yupiter və Kallisto, Venera atmosferi, Ayda qurulacaq tədqiqat stansiyası və Tritonun okeanlarına qədər uzanan bir proqramla kəşfiyyatlar davam edəcək.
Qeyd edək ki, Çin ABŞ-dən sonra Marsa eniş edən və uzun müddət aktiv missiya həyata keçirən ilk ölkə kimi fərqlənib. NASA-nın büdcə kəsintiləri ilə üzləşdiyi bir dövrdə Çinin planlı və sistemli proqramları kosmos yarışında tarazlığı dəyişdirə bilər. Çinin bu iddialı addımı gələcəkdə kosmos araşdırmaları sahəsində rəqabətin yeni bir mərhələyə keçə biləcəyini göstərir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
