NATO Baş katibindən Rusiyaya xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Prezidenti Vladimir Putin sülh sazişindən sonra yenidən Ukraynaya hücum etməyə cəhd edərsə, reaksiyanın dağıdıcı olacağını başa düşməlidir".
Bu barədə NATO-nun Baş katibi Mark Rutte Varşavada jurnalistlərə deyib.
"Təhlükəsizlik zəmanətlərini belə yaradırıq", – deyə Baş katib bildirib.
O eyni zamanda Ukraynanın NATO üzvlüyünə qarşı çıxan ölkələrin adlarını da çəkib.
Mark Rutte bildirib ki, ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək. Kiyevin yaxın perspektivdə alyansa dəvət almaq şansı yoxdur.
Onun sözlərinə görə, blok üzvləri arasında yekdilliyin olmaması rəsmi qəbul prosesinə başlamağı qeyri-mümkün edir.
"Ukraynanın üzvlüyü məsələsi həm fundamental, həm də praktikdir. Əsas element ondan ibarətdir ki, avroatlantik regionundakı istənilən ölkənin NATO-ya qoşulmaq niyyəti ola bilər. Praktik məsələ ondan ibarətdir ki, alyansın bir neçə üzvü razılığını bildirməyəcək, bu da Ukraynanın NATO-ya qoşulması ilə bağlı yekdil razılaşma olmamasına səbəb olacaq", – deyə Mark Rutte vurğulayıb.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
