NATO-nun sualtı qayıqları Rusiya üçün təhdidə çevrilib?
“Baltik dənizi heç vaxt belə çağırışlarla üz-üzə qalmayıb. Heç hazırda qorunduğu qədər müdafiə də olunmayıb. Müttəfiqlərlə əməkdaşlığımız suyun üstü və altını əhatə edir. Baltik dənizinə nəzarət gücləndirilib, bu isə Rusiyanı qıcıqlandırır. Amma bu bizim dənizdir deyə nəzarət etməliyik”.
İsveçin Baş naziri Ulf Kristersson bu sözləri noyabrın 6-da Estoniyada səsləndirib. Noyabrın 11-də isə “Breaking Defense”də İsveçin NATO-ya üzvlüyündən sonra hərbi gücünün artdığı qeyd olunub.
“Baltik dənizi indi NATO-nun sualtı qayıqları ilə doludur”, – deyə yazıda bildirilib.
Baltik dənizində təlimlərin keçirilməsi də bir növ güc nümayişidir. Təlimə Almaniya ilə İsveçin sualtı qayıqları, Fransa, Niderlanda aid gəmi və helikopterlər cəlb edilib. ABŞ-nin patrul təyyarəsi də Baltik dənizinin üzərində uçuş həyata keçirib. Rusiyanın isə Kalininqrad və Sankt-Peterburqa görə Baltik dənizində cəmi 2-3 sualtı qayığı var.
İsveç texniki imkanlarını da artırıb. Orduda pilotsuz uçuş aparatlarına daha çox yer verilib. O ki qaldı İsveçin atom olmayan sualtı qayıqlarına onlar gizli qalmağı ilə seçilir. Havadan asılı olmayan energetik avadanlıqlarla işləyən sualtı qayıqlar uzun müddət suyun üzünə çıxmaya bilir.
Yazıda o da qeyd olunub ki, regional təhdidlərin fonunda İsveç yeni sualtı qayıq və gəmilərlə müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır.
#İsveç teqi istifadə olunub
- Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
