NATO qoşunları hərəkətə keçir? - Ukraynalı ekspertdən sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO-nun 170 minlik hərbi kontingenti Ukraynaya daxil olacaq. Bir neçə min hərbçi isə Ermənistandan olacaq”.
Belə bir iddia ilə ukraynalı ekspert Dmitri Qordon “YouTube” kanalında yayımlanan proqramında çıxış edib.
Dmitri Qordon açıqlamasında vurğulayıb ki, NATO qoşunlarının Ukraynaya daxil olması prosesini mütləq həyata keçirəcək:
“Necə deyərlər, 40 min yox, 150 min, hətta 170 min hərbçi Ukrayna ərazisinə daxil olub, təmas xəttinə yerləşdiriləcək. Ancaq bu, yalnız müqavilə bağlanandan sonra baş tutacaq. Onlar Fransadan olacaq. Bu əməliyyatın təşəbbüskarı Prezident Emmanuel Makrondur. Həmçinin Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Hollandiya, Norveç, Danimarka, İsveç və Finlandiyadan hərbçilər cəlb ediləcək.
Ermənistanın da iştirakı istisna edilmir, çünki Prezident E.Makron artıq Nikol Paşinyana müraciət edib və müsbət cavab alıb. Mən “dəhşətli sirr”i açıram, Ermənistandan bir neçə min əsgərin gələcəyi istisna edilmir”, – deyə ekspert bildirib.
Ermənistan mətbuatında yayımlanan məlumatlarda isə ekspertin iddialarının əsassız olduğu vurğulanır.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
