Navalnı kiminlə dəyişdiriləcəkdi? - Putindən Navalnının ölümü barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümünə münasibət bildirib.
Putin bu barədə özünün Seçki Qərargahında NBC jurnalistinin sualını cavablandırarkən deyib.
“Cənab Navalnıya gəlincə, bəli, dünyasını dəyişib. Bu, həmişə kədərli bir hadisədir. İnsanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Bu məgər ABŞ-də baş verməyib? Navalnını Qərb ölkələrində olanlarla dəyişmək ideyası var idi. Razılaşdım, onu dəyişmək istədik ki, geri qayıtmasın, amma bu oldu, həyat belədir”, – Putin bildirib.
Qeyd edək ki, müxalifət lideri Aleksey Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla dəyişdirilməsi ilə bağlı Moskva, Berlin və Vaşinqton arasında danışıqlar aparılmışdı. Hətta rusiyalı siyasətçinin gözlənilən mübadilədən xəbərdar olduğu və bununla razılaşdığı da bildirilirdi.
#Vladimir Putin teqi istifadə olunub
- Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"
- Putin Şençjen görüşündən sonra Avropa İttifaqına hansı mesajları verdi? - Baku TV
- Şençjen görüşündən sonra ABŞ, Çin və Rusiya arasında münasibətlər necə dəyişəcək? - Baku TV
- Tramp, Si və Putin eyni masada: Şençjen görüşü ən çox kimə lazım idi? - Baku TV CANLI
- Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV
