Pleyeri seçin:

Navalnı ölümündən 16 gün sonra dəfn edildi

01 mart 2024 344 baxış

Rusiyalı müxalifətçi Aleksey Navalnı ilə vida mərasimi keçirilib. Bu barədə yerli media məlumat verib.

Bildirilib ki, 47 yaşlı siyasətçi ilə vidalaşma paytaxt Moskvada yerləşən Marino kilsəsində baş tutub.

Xəbərə görə, ibadət yerinin qarşısına toplaşanlar onu alqışlarla son mənzilə yola salıblar. Aleksey Navalnı ölümündən 16 gün sonra Borisov qəbiristanlığında dəfn edilib. Bildirilib ki, hazırda məzarlıq polis tərəfindən qorunur, ətraf ərazilər isə barikadalarla əhatə olunub. Hüquq-mühafizə orqanları yaxın bir neçə gün ərzində sözügedən ərazidə xidməti fəaliyyətini davam etdirəcək.

Vidalaşmağa gələnlər arasında ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniya səfiri Aleksandr Qraf Lambsdorf, Fransa səfiri Pyer Levi və bir sıra digər Avropa İttifaqı ölkələrinin diplomatik nümayəndələri də var.

Siyasi şərhçi kimi tanınan Kira Yarmışın sosial şəbəkədə yayımladığı videodan da aydın görmək olur ki, cənazə maşını gedəndən dərhal sonra insanlar metal baryerləri aşaraq əllərində çiçəklərlə yolun piyada hissəsinə çıxıblar.

Qeyd olunub ki, məbəddən qəbiristanlığa qədər iki kilometrə yaxın yol insan izdihamı ilə dolu olduğundan həmin istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, müxalif siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ürək tutmasından vəfat edib.

Banner
İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

Dünya
21 noyabr 2026 344 baxış
Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Dünya
21 noyabr 2026 344 baxış
ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

Dünya
21 noyabr 2026 344 baxış
Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Dünya
21 noyabr 2026 344 baxış
Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Dünya
21 noyabr 2026 344 baxış
Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Dünya
21 noyabr 2026 344 baxış
3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

Dünya
21 noyabr 2026 344 baxış
Həkimlər ən zərərli qidaları açıqladı

Həkimlər ən zərərli qidaları açıqladı

Dünya
21 noyabr 2026 344 baxış
Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Dünya
21 noyabr 2026 344 baxış
ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

Dünya
21 noyabr 2026 344 baxış
Seçilmişlər
icon