Netanyahu dünya liderlərinə səsləndi | Bu ərazinin sakinləri təcili...
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.
Xarici medianın yaydığı məlumata görə, şəhərdə HƏMAS hərbi qruplaşmasının qollarından biri olan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib.
İsrail Ordusunun sözügedən briqadaları məhv etmək üçün hücuma keçəcəyi gözlənilir. Hərbi əməliyyatların azı altı həftə davam edəcəyi bildirilir.
Qeyd edək ki, İsrail Ordusu hücumdan öncə fələstinliləri şəhəri boşaltmağa çağırıb. Mülki şəxslərdən Əl-Məvasi və Xan Yunis bölgələrindəki humanitar zonaya köçmələri tələb olunub.
“İsrail Ordusu Qəzza zolağının cənubundakı bölgəyə planlaşdırılan hücumdan əvvəl fələstinliləri Rəfahın şərq məhəllələrini boşaltmağa çağırıb”, – deyə məlumatda vurğulanıb.
Eyni zamanda İsrail Baş naziri Benyamin Netanyahu da dünya liderlərinə səslənərək ölkəsinə qarşı göstərilən təzyiqlərin rəsmi Təl-Əvivin özünü müdafiə etmək səylərini dayandırmayacağını açıqlayıb. Baş nazir “İsrail tək qalmağa məcbur olarsa, tək qalacaq” sitatı ilə çıxış edib. Bununla da, beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, İsrail tərəfi Rəfah şəhərində gözlənilən hücumun anonsunu verib. Artıq yeni müharibənin qığılcımları görünməyə başlayıb.
Rəfah şəhəri yaxınlığında HƏMAS hərbçiləri raketlərlə qarşı tərəfə hücum edib. Nəticədə üç İsrail əsgəri həlak olub. Hərbi qruplaşmanın həyata keçirdiyi raket hücumu cavabsız qalmayıb. İsrail havadan zərbələr endirib. Nəticədə üç nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Qeyd edək ki, sözügedən hücumlar HƏMAS və İsrail nümayəndə heyətlərinin Misirin paytaxtı Qahirədə atəşkəs danışıqları aparması fonunda baş verib.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
