Netanyahu müdafiə nazirini istefaya göndərəcək, çünki... | Sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevini və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı istefaya göndərməyi planlaşdırır.
"Report" bu barədə "The Times of Israel" qəzeti “Walla News”un müxbiri Tal Şalevə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Netanyahu Qalantı ABŞ-yə səfərindən sonra istefaya göndərmək istəsə də, bu qərarın icrası “Hizbullah”ın Məcdəl Şəmsə hücumu, HƏMAS lideri və “Hizbullah”ın hərbi qanadının liderinin öldürülməsi səbəbindən təxirə salınıb.
Bu cür addımların atılmasında məqsəd oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülmüş şəxslərin qaytarılması ilə bağlı B.Netanyahunun danışıqlar aparmasına qarşı etirazı aradan qaldırmaqdır.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
