Pleyeri seçin:

Netanyahu orduya təcili tapşırıq verəcək | Etirazın əsas səbəbləri nələrdir?

05 avqust 2025 510 baxış

Bazar günündən etibarən İordan çayının Qərb sahilində yerləşən şəhər və qəsəbələrdə minlərlə fələstinli aksiya keçirərək beynəlxalq ictimaiyyəti Qəzza zolağında müharibənin və aclığın dayandırılması üçün dərhal hərəkətə keçməyə çağırıb.

Əsir və keçmiş məhbusların məsələlərini araşdıran Ali Komitənin sədri Amin Şoman bildirib ki, dünya Fələstin xalqı üçün ədalət təmin edənə qədər dinc nümayişləri davam etdirəcək.

“Bu nümayişlər Qəzza zolağında yaşayan iki milyon insana qarşı davam edən müharibəyə, aclıq siyasətinə, İsrail həbsxanalarında əsirlərə qarşı baş verən pozuntulara və edamlara, Qərb sahilində davam edən məskunlaşma siyasətinə, həmçinin Cenin və Tulkərm düşərgələrində olduğu kimi düşərgələrin dağıdılması və sakinlərin məcburi köçkün salınmasına qarşı etirazı ifadə edir”, ‒ o əlavə edib.

Aksiya iştirakçıları “Dünya ölkələrinin sükutuna son!”, “İslam və Ərəb dünyasının susqunluğuna son!” kimi şüarlar səsləndiriblər.

Bu arada, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı atılacaq sonrakı addımları müəyyənləşdirmək üçün şənbə günü Nazirlər Kabinetinin iclasını keçirəcək. Bu barədə o, özü açıqlama verib.

Bildirib ki, toplantıda hərbi cəhətdən qarşıya qoyulan üç hədəfə nail olmağın yolları nəzərdən keçiriləcək: “Qarşı tərəfin məğlub edilməsi, girovların azadlığına nail olmaq, eləcə də Qəzzanın artıq İsrailə təhlükə yaratmasına imkan verilməməsi əsas məqsədlərimizdir. Mən orduya Qəzzada bu üç məqsədə nail olmaqla bağlı tapşırıq verəcəyəm”.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 510 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 510 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 510 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 510 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 510 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 510 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 510 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 510 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 510 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 510 baxış
Seçilmişlər
icon