Netanyahu sərt danışdı | İsrail Ordusundan uğurlu əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS hərbi qruplaşmasının liderlərindən biri olan Saleh Əl-Aruri İsrail Ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində öldürülüb.
İsrailin Baş naziri Benyamin Netanyahu da ilk dəfə olaraq qruplaşma liderinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb:
“Biz tam qələbəyə doğru gedirik. Biz artıq HƏMAS-ın aparıcı qüvvələrindən 4-cü şəxsin məhvinə nail olmuşuq. Qələbəyə gedən bu yolda 1, 2, və 3-cü sırada olan şəxsləri də yer üzündən siləcəyik. Onların hamısı məhv edilməyə məhkumdur və biz hamıya bir-bir çatacağıq”.
Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Baş nazir 1-ci və 2-ci şəxs deyəndə HƏMAS lideri Yəhya Sinvarı və təşkilatın hərbi qanadının yaradıcısı Məhəmməd Deyfi nəzərdə tutur. Hökumət rəhbərinin siyahısının 3-cü pilləsində isə müavin Mərvan İssa dayanıb.
Məlumat üçün bildirək ki, yanvarın 2-də İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi dron zərbələri nəticəsində HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruri həlak olub. O, hərbi qruplaşmanın “İzzəddin Əl-Qəssam” briqadasının banilərindən biri idi.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
