Netanyahu Tehrana vacib çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına səslənib.
Netanyahu Təl-Əvivin onların yanında olduğunu bəyan edib.
“Siz hər gün bir rejimə tabe olduğunuzu görürsünüz. Söhbət Livanın və Qəzzanın müdafiəsi ilə bağlı çıxışlar edən bir hakimiyyətdən gedir. Bununla belə, o rejim hər gün regionu daha da qaranlığa və müharibənin dərinliklərinə aparır. Hər gün onların adamları məhv edilir. Keçmiş liderlərdən biri olan Məhəmməd Deifdən, “Hizbullah”ın öldürdüyümüz rəhbəri Həsən Nəsrullahdan soruşun. Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi yer yoxdur. İrandakı rejim isə sizi uçuruma daha da yaxınlaşdırır. Əgər sizi düşünən olsa idi, Yaxın Şərqdə gedən müharibələrə milyardlarla dollar xərclənməzdi.
Təsəvvür edin ki, rejimin nüvə silahlarına və xarici müharibələrə sərf etdiyi bütün böyük pullar uşaqlarınızın təhsilinə, sağlamlığınızın yaxşılaşdırılmasına, ölkənizin infrastrukturunun qurulmasına, su, kanalizasiya və sizə lazım olan bütün sahələrə tətbiq olunur. Bütün bunlar dayansa, ölkəniz inkişaf edəcək. Zənnimcə, bu sizə müharibədən daha çox lazımdır. Bu ölkədə minlərlə gələcəyi parlaq olan insanlar var. Fanatik qrupların arzularınızı məhv etməyinə icazə verməyin. Siz daha yaxşısına layiqsiniz. İran xalqı bilsin ki, İsrail onların yanındadır”, – o bildirib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
