Netanyahu xalqa səsləndi | İsrail İranın qisas hücumuna qarşı hazırlıq görür
Yeniliklərdən dərhal xəbərdar olun
İrana hücumdan sonra Təl-Əviv də daxil, İsrailin bir neçə şəhərində vətəndaşlar sığınacağa yerləşdirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu “X” hesabında paylaşılan müraciətində vətəndaşları sığınacaqda qalmağa çağırıb. O qeyd edib ki, vətəndaşlar sığınacaqlarda uzun müddət qalmalı və ərzaq ehtiyatı toplamalıdır.
“İranın yüksəksəviyyəli komandirlərini, nüvə obyektlərini və elm adamlarını məhv etmişik. Ölümsüz müharibə olmur”, – deyə B.Netanyahu əlavə edib. Baş nazirin bu müraciətindən sonra insanlar mağazalara gedərək bir neçə günlük ərzaq tədarükü görürlər.
İsrailin bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Bildirilib ki, İranın mümkün cavabı ilə əlaqədar toplantılara və vacib olmayan iş yerlərinə getməyə icazə verilmir. Səhiyyə Nazirliyi xəstəxanalarda iş rejimini ən yüksək səviyyəyə qaldırıb və insanlardan təcili olmayan hallarda gəlməmələrini xahiş edib.
İranın daxili işlər naziri İskəndər Momeni dövlət kanalına açıqlamasında İran xalqına başsağlığı verib və bildirib ki, İsrailin İrana hücumu nəticəsində mülki şəxslər, o cümlədən uşaqlar həlak olub.
“Biz bu qorxaq və qeyri-insani cinayəti qətiyyətlə pisləyirik. Şübhə yoxdur ki, günahkarlar ağır cəza ilə üzləşəcəklər”, – deyə İ.Momeni əlavə edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
