Netanyahu yeniliyə imza atdı: İsrail Ordusu müharibə vəziyyətində daha da təkmilləşir
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə milli birlik hökuməti qurulub.
Baş nazir Benyamin Netanyahu və Milli Birlik lideri, keçmiş müdafiə naziri Benni Qantzın Təl-Əvivdəki İsrail Ordusunun qərargahında görüşünün ardınca fövqəladə hökumətin yaradıldığı elan olunub. Bir saat yarım davam edən görüşdən sonra “Likud” və “Milli Birlik” partiyalarını təmsil edən rəsmilər təfərrüatları yekunlaşdırmaq üçün müzakirəni davam etdiriblər. Razılaşmanın bir hissəsi olaraq B.Qantz və həmkarı Qadi Eisenkot nazir olaraq and içəcək, B.Netanyahu və müdafiə naziri Yoav Qallant ilə müharibə kabinetinə qatılacaqlar.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumundan sonra İsrail HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Baş nazir B.Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
