Pleyeri seçin:

Netanyahudan açıqlama: İsrail əməliyyatlara nə vaxt başlayacaq?

26 oktyabr 2023 374 baxış

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına qurudan hücuma hazırlaşdığını desə də, nə vaxt baş verəcəyi barədə dəqiq məlumat verməyib.

Hökumət rəhbəri televiziya vasitəsilə xalqa müraciətində HƏMAS yaraqlı qruplaşması ilə "yerdə, yerin altında, Qəzzada və onun hüdudlarından kənarda" döyüşəcəklərini açıqlayıb.

“Biz işığın, onlar isə zülmətin oğullarıdır”, – deyə Baş nazir bildirib.

Ölkəsinin yerüstü hücuma hazırlaşdığını deyən hökumət rəhbəri nə vaxt, necə və nə qədər əsgər sayı ilə əməliyyatlara başlanacağını hələlik demək istəməyib. Həmçinin qeyd edib ki, qurudan hücumun vaxtı hərbi kabinetin yekdil qərarı ilə müəyyən ediləcək.

B.Netanyahu bu fikirləri Qəzza zolağı ilə sərhəddə İsrail hərbçilərinin genişmiqyaslı yerləşdirilməsi və ABŞ-nin bölgədə hərbi qüvvələrinin artırılması fonunda səsləndirib.

Qeyd edək ki, indi həm yerli, həm də Qərb mediasında ən çox 2 sual müzakirə olunur.

“Biz işığın, onlar isə zülmətin övladlarıdır” deyən B.Netanyahu nəyə işarə edirdi?

Kimisi bunu dünya yəhudilərindən, xüsusilə dini bağlılığı olan oliqarxlardan maddi dəstək almaq niyyəti ilə atılan bir addım olaraq dəyərləndirir. Bəziləri isə düşünürlər ki, Baş nazirin qaranlıq və işıq terminlərini işlətməsi yerüstü hücumlarda fosfor bombalarından istifadə ehtimalını ortaya çıxarır.

Bu fikrə daha çox Qərb mediası meyil edir. Hərbi ekspertlərin fikrincə, ABŞ-nin İsrailə həm hərbi, həm də özünü müdafiəsində sərgilədiyi dəstək fonunda bu ehtimal daha da önə çıxır.

Xatırladaq ki, oktyabrın 10-u və 11-i İnsan Haqları İzləmə Təşkilatı İsrailin ağ fosfor bombası kimi tanınan işıqlı raketlərlə Qəzza zolağına zərbələr endirdiyi faktını təsdiq edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 374 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 374 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 374 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 374 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 374 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 374 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 374 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 374 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 374 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 374 baxış
Seçilmişlər
icon