Netanyahunun bu qərarı nə ilə bağlıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə erkən seçki gözlənilir. Koalisiya hökuməti daxilində fikir ayrılıqları İsraildə erkən seçki ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Baş nazir Benyamin Netanyahu müşavirlərinə gələn ilin oktyabrına planlaşdırılan ümumi seçkinin iyun ayında keçirilə biləcəyi barədə məlumat verib.
Qeyd olunub ki, Netanyahunun erkən seçki təyin etmək qərarı koalisiya hökuməti daxilində çıxılmaz vəziyyətlə bağlıdır. Xüsusilə, ultraortodoks yəhudilərə təsir edən hərbi xidmət haqqında qanun layihəsi və büdcə məsələləri ilə bağlı fikir ayrılıqları erkən seçki ehtimalını artırıb.
Qeyd edək ki, B.Netanyahu İsrailin ən uzun müddət vəzifədə qalan baş naziri olmaqla yanaşı, vəzifədə olarkən məhkum edilən və qarşıdan gələn seçkidə yenidən namizədliyini irəli sürəcək ilk lider kimi də tarixə düşə bilər.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
