Pleyeri seçin:
Netanyahunun vəziyyəti ilə bağlı açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahuda xarab qida qəbulu səbəbindən kəskin mədə narahatlığı yaranıb.
Bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Bildirilir ki, o, evdən işləməyə davam edəcək.
"Netanyahu gecə özünü pis hiss edib. O, professor Alon Herşko tərəfindən evdə müayinə olunub. Qida zəhərlənməsi ilə bağlı bağırsaq infeksiyası diaqnozu qoyulub. Həkimlər daha sonra əlavə müayinələr aparıblar və Baş nazirin vəziyyətini yaxşı kimi qiymətləndiriblər. Ona hazırda susuzluğa görə damcıtökən təyin edilib. Baş nazir növbəti üç günü öz evində keçirəcək", ‒ deyə məlumatda qeyd olunur.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
