Nikol Paşinyandan tarixi etiraf
“Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bəyan edib.
“Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Bu faktdır. Amma “Ermənistanda ən hündür dağ hansıdır?”, – deyə soruşanda uşaqların ən azı yarısı və ya daha çoxu belə cavab verir – “Ararat”. Bəs uşaqlar bunu hardan öyrənirlər? Hökumətin apardığı təhsil siyasəti nəticəsində? Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”, – deyə N.Paşinyan qeyd edib.
Baş nazir bildirib ki, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər. “İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır? – Araqats. Bu, Ermənistana inkişaf imkanı verəcək siyasətdir”, – deyə o vurğulayıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
- Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV
- Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV
