Pleyeri seçin:

Normal yaşam üçün 25550 manatın bəs etdiyi, apteklərdə həkimlərin olduğu ölkə I Meksika

26 mart 2024 253 baxış

Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə Meksikanın cənubundakı Yukatan yarımadasında yerləşən və əla çimərlikləri, maraqlı qastronomiyası ilə seçilən Kankun şəhərindən bəhs olunub.

Kankun elə şəhərdir ki, burada həmişə günəş var. Elə bu səbəbdən də turistik şəhərdir. Eramızdan 1200 il əvvəl burada mayyalar yaşayırmışlar. Kiçik şəhərcik olan Kankunun turistik şəhərə çevrilməsi isə 1971-ci ildən başlayıb. Elə o vaxtdan bura Meksikanın bir çox yerlərindən insanlar axışıb.

Kankunun dəniz sahilindəki təmtəraqlı hotelləri və kazinoları şəhərin əsas gəlir mənbəyidir. Hotellərdəki xidmət digər ölkələrdəki hotellərdən fərqlənməsə də, Karib dənizi həqiqətən də gözəldir. Bəlkə də, məhz buna görə Kankunda dincəlməyə dəyər. Əsas məsələ isə odur ki, burada əyləncə bitmir.

Kankun əhalisi elə də varlı yaşamır. Kommunal xərclər aya 275 dollar, bizim pulla 467 manat edir. Ailənin digər xərcləri isə aşağı-yuxarı 500 dollar edir. Bu isə 850 manatdır.

Kankunda – elə Meksikanın digər şəhərlərində olduğu kimi orta sinif o qədər də gözə dəymir. Burda insanlar ya varlıdırlar, ya da kasıb. Hər iki halda meksikalılar çox işləyirlər. Hətta rəngləri ilə gözoxşayan Karib dənizi sahilində istirahət etməyə belə vaxtları qalmır.

Meksikada kasıb əhali üçün olan dövlət xəstəxanaları var. Eləcə də pullu dövlət xəstəxanası mövcuddur. Bura səviyyəsinə görə pulsuz xəstəxanalardan daha yaxşıdır. Sığortası olan əhali üçün isə xəstəxanalar ayrıdır və təbii ki, özəl klinikalar da var ki, onlar ən bahalılarıdır. Ən yaxşı müayinə və müalicə də məhz özəl klinikalardadır.

Tibblə bağlı maraqlı məqamlardan biri də odur ki, Kankunda apteklərdə də həkimlər olur. Onlar xəstəyə ilkin yardım göstərir və lazım olan həkimə yönləndirirlər. Ciddi bir şey yoxdursa, bəzi dərmanlarla müalicəyə göstəriş verilir. Belə bir müayinə xəstəyə 5 dollara (9 manat) başa gələcək.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 253 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 253 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 253 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 253 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 253 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 253 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 253 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 253 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 253 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 253 baxış
Seçilmişlər
icon