Oğullarımızı aclıq içində saxlayırlar ki... | Netanyahudan yəhudi xalqına çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Əziz İsrail vətəndaşları, Rom və Evyatarla bağlı dəhşətli videoları izləyərkən mən də sizin kimi dərin sarsıntı keçirdim. Onların zindanda necə tükəndiyini görürük”.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında acınacaqlı vəziyyətdə olan iki girovun görüntülərini şərh edərkən deyib.
B.Netanyahunun sözlərinə görə, bu videolar HƏMAS-ın girovlarla bağlı razılaşma əldə etməkdə maraqlı olmadığını sübut edir.
“HƏMAS-ın yeməyə hər şeyləri var. Amma bizim oğullarımızı aclıqla əzab içində saxlayırlar, necə ki, nasistlər yəhudilərə qarşı belə etmişdi. Bunu görəndə anlayıram ki, HƏMAS nə razılaşma istəyir, nə də sülh. Onlar bizi bu qorxunc videolarla, dünyaya yaydıqları yalan təbliğatla sındırmaq istəyirlər. Amma biz sınmayacağıq. HƏMAS-ı məhv edəcəyik”, ‒ deyə Baş nazir əlavə edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
