Onun sülh baxışını alqışlayırıq! | Ərdoğandan mühüm açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin sabiq prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini dəstəklədiyini açıqlayıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
R.T.Ərdoğan qeyd edib ki, D.Trampın dünya sülhü və xüsusilə də Rusiya-Ukrayna arasında münaqişənin həlli istiqamətindəki yanaşmasını dəstəkləyir.
“Biz də D.Trampın dünya vizyonunu, xüsusilə Rusiya və Ukrayna arasında sülh istiqamətindəki mövqeyini dəstəkləyirik. Onun Türkiyənin narahatlıqlarını nəzərə almasını alqışlayırıq”, – deyə Türkiyə lideri bildirib.
R.T.Ərdoğan əlavə edib ki, D.Trampla zaman-zaman telefon əlaqələri saxlayır və bu çərçivədə “telefon diplomatiyası”ndan istifadə olunur. O həmçinin ABŞ-Türkiyə münasibətlərinə yeni impuls verməyə ümid etdiyini vurğulayıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
