Orduya əmr verildi | Hindistan və Pakistan arasında vəziyyət niyə gərginləşdi?
Hindistan Cammu və Kəşmir ərazisindəki terror aktından sonra Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini bağlayıb. Pakistan isə yüksəkvəzifəli hindistanlı diplomatı ölkədən qovub.
Hindistanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hökumət insidentdən sonra İslamabaddakı səfirliyi və Pakistanın Yeni Dehlidəki diplomatik missiyasının işçilərinin sayını demək olar ki, iki dəfə azaldıb:
"Səfirliklərin ümumi sayı 2025-ci il mayın 1-nə qədər həyata keçirilməli olan əlavə ixtisarlar vasitəsilə 55 nəfərdən 30 nəfərə endiriləcək".
BBC xəbər verir ki, Pakistan Hindistanla ticarət əlaqələrini də dayandırıb. Həmçinin Pakistan Ordusu Hindistandan gələn mümkün addımlara cavab vermək üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum olunub. Hadisə nəticəsində 26 turist həlak olub, 24-ü yaralanıb.
#Hindistan teqi istifadə olunub
