Özbəkistanda Prezident seçkiləri başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanda prezident seçkiləri başlayıb.
Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla, 10 784 seçki məntəqəsi açılıb. Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilib.
Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
