Pleyeri seçin:

Paris Kiyevə hərbi dəstəyi artırır | Makron və Zelenski bu mövzuda razılaşdı - Baku TV

23 avqust 2026 328 baxış

Ukrayna və Fransa qabaqcıl müdafiə avadanlıqları və raketlərin tədarükünü sürətləndirmək barədə razılığa gəliblər. Paris həmçinin onların istehsalı üçün lisenziyalar verməyə və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.

Emmanuel Makronla təxminən 2 saatlıq söhbətinin nəticələrindən danışan Zelenski qeyd edib ki, əsas mövzu Ukraynanın Hava Hücumundan Müdafiə sistemlərinə olan ehtiyacının qarşılanması olub.

Zelenski fransalı həmkarını Rusiyanın son hücumları ilə bağlı məlumatlandırıb və insan itkisi ilə bağlı başsağlığına görə ona təşəkkür edib.

Tərəflər həmçinin Ukraynanın müdafiəsinin maliyyə ehtiyaclarını müzakirə edib və ikitərəfli müdafiə müqavilələri barədə razılığa gəliblər.

Xatırladaq ki, Ukrayna tərəfdaşları ilə birlikdə qış dövrü başlamazdan əvvəl hava hücumundan müdafiə avadanlıqlarına olan ehtiyacı təcili olaraq ödəməyin yollarını axtarır.

Xüsusilə Almaniya Ukraynanın “Patriot” Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərlə yardım göstərməklə bağlı Avropa müttəfiqləri və Amerika Birləşmiş Ştatları ilə fəal danışıqlar aparır.

Banner
Çinli məmura casusluğa görə ölüm hökmü

Çinli məmura casusluğa görə ölüm hökmü

Dünya
23 noyabr 2026 328 baxış
Medvedev qabaqlayıcı nüvə zərbəsindən danışdı

Medvedev qabaqlayıcı nüvə zərbəsindən danışdı

Dünya
23 noyabr 2026 328 baxış
Kiyevə və Qərbə sərt mesaj | Medvedev nüvə zərbəsi barədə nə dedi? - Baku TV

Kiyevə və Qərbə sərt mesaj | Medvedev nüvə zərbəsi barədə nə dedi? - Baku TV

Dünya
23 noyabr 2026 328 baxış
Şərqi Avropa məsələsi | Rusiya NATO-dan hansı addımları tələb edir? - Baku TV CANLI

Şərqi Avropa məsələsi | Rusiya NATO-dan hansı addımları tələb edir? - Baku TV CANLI

Dünya
23 noyabr 2026 328 baxış
Dağlıq sərhədlər, məhdud resurslar | Düşənbə dronlarda hansı imkanları axtarır? - HƏRBİ XRONİKA

Dağlıq sərhədlər, məhdud resurslar | Düşənbə dronlarda hansı imkanları axtarır? - HƏRBİ XRONİKA

Dünya
23 noyabr 2026 328 baxış
Ermənistan Konstitusiyasından hansı iddialar çıxarılır? - Baku TV

Ermənistan Konstitusiyasından hansı iddialar çıxarılır? - Baku TV

Dünya
23 noyabr 2026 328 baxış
İstehsala təzyiq, artan narazılıq və elektrik problemi | İranı daha nə gözləyir? - Baku TV CANLI

İstehsala təzyiq, artan narazılıq və elektrik problemi | İranı daha nə gözləyir? - Baku TV CANLI

Dünya
23 noyabr 2026 328 baxış
Dərin qatların tədqiqi planetin tarixi barədə nə deyir?

Dərin qatların tədqiqi planetin tarixi barədə nə deyir?

Dünya
23 noyabr 2026 328 baxış
Vulkan külü ilə Babilin süqutu arasında əlaqə varmı?

Vulkan külü ilə Babilin süqutu arasında əlaqə varmı?

Dünya
23 noyabr 2026 328 baxış
Qədim şəhərlə bağlı indiyədək nələr məlumdur?

Qədim şəhərlə bağlı indiyədək nələr məlumdur?

Dünya
23 noyabr 2026 328 baxış
Seçilmişlər
icon