Paris küçələri dəhşət və üfunət içində
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdə pensiya islahatına qarşı keçirilən aksiyalar səngimək bilmir.
Nümayişlər zamanı etirazçılarla polislər arasında genişmiqyaslı toqquşmalar baş verib. Aksiyaçılar polisə daş və butulka atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər. Həbs edilənlərin sayı məlum deyil.
Kommunal təsərrüfat işçilərinin tətili isə vəziyyəti daha da ağırlaşdırıb. Parisdə 5000 tondan çox tullantı daşınmayıb. Bu səbəbdən ətrafı üfunət bürüyüb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun pensiya yaşını 62-dən 64-ə qaldırmaq planına etiraz etmək üçün milyonlarla şəxs küçələrə axışıb. Ölkə Prezidenti həmkarlar ittifaqının lideri ilə görüşdən də imtina edib. Qanun layihəsi Senatda müzakirə olunur.
#Paris teqi istifadə olunub
- Minlərlə obyekt darmadağın edildi: Paris nəzarəti itirir? - Baku TV CANLI
- Gecə həyatı yaşa baxmır | “Sevgililər şəhəri”ndə təqaüdçülər gecə klubunda nə axtarır?
- Roma Papası XIV Leo Parisdə insanları başına topladı
- Eyfel qülləsi hindu qrupunun ziyarətindən sonra bağlanıb
- Moda həftəsi iyunun 28-dək davam edəcək
