Paşinyan Putinlə üz-üzə gəlməkdən qorxur
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan dekabrın 19-da Moskvada keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının plenar iclasına qatılmayacaq.
Gündəlikdə KTMT-yə üzv dövlətlərdə qanunvericiliyin uyğunlaşdırılması, təşkilatın məsuliyyət zonasında təhlükəsizliyə çağırış və təhdidlərə qarşı birgə mübarizə üçün nümunəvi qanunların hazırlanması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Ermənistan üzv olduğu sözügedən təşkilatın, eləcə də Avrasiya İqtisadi İttifaqının və Müstəqil Dövlətlər Birliyinin iclaslarını uzun zamandır boykot edir, müxtəlif səviyyəli toplantılarda iştirakdan boyun qaçırır. Baş nazir Nikol Paşinyan KTMT-nin Minskdə keçirilən sammitlərinə dəfələrlə qatılmayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan da KTMT çərçivəsində keçirilən son görüşlərdə iştirak etməyib.
#Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı teqi istifadə olunub
- Ermənistan bu təşkilatla yollarını ayırır? | İrəvanın taleyi necə olacaq? - Baku TV CANLI
- KTMT İrəvandan gələcək iştirakı ilə bağlı yekun qərar verməsini istəyir - Baku TV CANLI
- İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV
- İrəvan Moskva xəttindən ayrılır? | KTMT-nin Baş katibindən açıqlama - Baku TV CANLI
- Ermənistan KTMT-ni tərk edir? | Paşinyandan diqqətçəkən mesaj gəldi - 24 SAAT
