Paşinyandan Ermənistanın KTMT-dən çıxması ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyini açıqlayıb.
O bu barədə parlamentdə çıxış edərkən bildirib.
“Tərk edəcəyik. Bunun nə zaman olacağına qərar verəcəyik. Bəs siz nə düşünürsünüz? Növbəti addım nədir? Düşünürsünüz ki, geri qayıdacağıq? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, geri qayıtmayacağıq”, – deyə Baş nazir müxalif deputatların Ermənistanın niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmədiyinə dair iradlarına cavabında bildirib.
Xatırladaq ki, Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın təşkilatda iştirakını dondurduğunu açıqlayıb. Mart ayında isə Baş nazir bildirib ki, KTMT İrəvanın suveren əraziləri barədə qaldırdığı məsələlərə cavab verməsə, Ermənistan təşkilatı tərk edəcək. Bununla belə, ölkə bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
