Paşinyandan etiraf: Ermənistan təhsilini səviyyəsiz adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun ali məktəb yoxdur”.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib. O, ölkədə ali təhsil müəssisələrində təhsilin səviyyəsini tənqid edib:
“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun nə erməni, nə beynəlxalq, nə də özəl universitet var. Biz, məsələn, ali məktəblərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını bəyan ediriksə, bu o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün ali məktəblər bağlanmalıdır. Buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar”.
Baş nazir onu da əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələrin diqqətini cəlb edir.
#Nikol Paşinyan teqi istifadə olunub
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
