Paşinyanı çaşdıran Zəngəzur çağırışı: milyard dollarlıq layihələrin aqibəti
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəzi ölkələrin öz vətəndaşlarını Ermənistanın cənub bölgələrinə (Zəngəzur nəzərdə tutulur – red.) getməməyə çağırması məni çaşdırır”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu cür çağırışlar biznes üçün müəyyən çətinliklər yaradır. Eyni zamanda hökumət həm ölkə daxilində, həm də Zəngəzur bölgəsində milyard dollarlıq investisiya layihələri həyata keçirir. Üstəlik, son 5 ildə yatırılan investisiyaların böyük hissəsi ölkənin cənub bölgəsinin payına düşür.
Hazırda İranla sərhəddə yerləşən Mehri gömrük məntəqəsi yenidən qurulur. Avropa Birliyinin dəstəyi ilə müasir texnologiyalarla təchiz olunmuş keçid məntəqəsi, əlavə iş yerləri yaradılır”, – N.Paşinyan bildirib.
Qeyd edək ki, vaxtaşırı olaraq ABŞ, Fransa və bir sıra ölkələr öz vətəndaşlarına Ermənistanın regionlarına səfər etməmələri üçün çağırışlar edir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
