Paşinyanın 7 günlük Vaşinqton səfərində nələr yaşandı? | Sərkisyandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyan ABŞ-yə səfəri ərzində Vaşinqtonun İrəvanla bağlı siyasətinin necə olacağı sualına cavab ala bilməyib”.
Bu sözləri “Sputnik Ermənistan”a açıqlamasında politoloq Suren Sarkisyan Ermənistan Baş naziri N.Paşinyanın Amerikaya təxminən 7 günlük səfərini şərh edərkən deyib.
Sarkisyanın fikrincə, Ağ Evdə yeni komandanı və yanvarda imzalanmış strateji əməkdaşlıq sənədini nəzərə alsaq, Ermənistanın informasiya və siyasi mühitində müəyyən müsbət gözləntilər ola bilərdi:
“Lakin rəsmi şəxslərdən yalnız vitse-prezident Vens Paşinyanla görüşüb. ABŞ-də vitse-prezident institutu siyasi iyerarxiyada o qədər də nüfuzlu deyil. Görüşün özü də çox güman ki, 5-7 dəqiqə davam edib və sırf tanışlıq xarakterli olub. Açığı, belə bir görüşdə ciddi geosiyasi məsələlər müzakirə oluna bilməzdi.
Ermənistanın Baş naziri qərar qəbul edən heç bir şəxslə görüşməyib. O nə prezident Tramp, nə dövlət katibi Rubio, nə müdafiə naziri, nə də Prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşüb. Yalnız bunlar ABŞ-nin xarici siyasətinin nədən ibarət olacağını müəyyənləşdirən rəsmilərdir. Ona görə də Paşinyan üçün ABŞ-nin Ermənistan siyasətinin necə olacağı sualı açıq qalır.
Vaşinqtondakı yeni Administrasiyanın Bayden dövründə Ermənistan hakimiyyətinə verilən eyni siyasi dəstəyi davam etdirib-etdirməyəcəyi bəlli deyil”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
