Paşinyanın Aİ arzusu ürəyində qalacaq? - İrəvan üçün faydalı olar ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan hökumətinin iclasında ölkənin Avropa İttifaqına qoşulması prosesinin başlaması ilə bağlı qanun layihəsinin təsdiqlənməsini şərh edərkən bildirib.
"Avropa İttifaqına üzvlük nə deməkdir? Bunu indi söyləmək çətindir. Çünki əlbəttə ki, hipotetik olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil", – deyə D.Peskov bildirib.
Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistan üçün faydalıdır. Onun sözlərinə görə, fayda faizlərlə, yüksək artım templəri ilə ölçülür.
Dmitri Peskov bildirib ki, Aİİ çərçivəsində razılaşdırılmış iş mexanizmləri və inteqrasiya formatları iştirak edən xalqların və ölkələrin rifahı üçün işləməyə davam edir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
