Paşinyanın başına bəla “emosiyaları” | Ermənistan KTMT-dən çıxır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi bu gün gündəmdə deyil”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT-dəki nümayəndəsi Viktor Vasilyev deyib.
Onun sözlərinə görə, bu gün KTMT-nin diqqəti Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü ilin noyabrında keçirilən qərarlarının icrasına yönəlib və blokun bütün ölkələri bu işdə iştirak edir. İrəvanın təşkilatın tədbirlərində iştirak etməməsi ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, bu, təzyiq altında olsa da, Ermənistan rəhbərliyinin seçimidir.
“Bir çox cəhətdən bu vəziyyət həm qərblilərin təzyiqinin, həm də Ermənistan rəhbərliyinin emosiyalarının nəticəsidir”, – deyə o qeyd edib.
Vasilyev ağlın səsinin gec-tez emosiyalardan üstün olacağına ümid etdiyini vurğulayıb. Bildirib ki, KTMT ilə hərbi-texniki sahədə əməkdaşlıq olmadan Ermənistanın təhlükəsizliyi mümkün görünmür.
#Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı teqi istifadə olunub
- Ermənistan bu təşkilatla yollarını ayırır? | İrəvanın taleyi necə olacaq? - Baku TV CANLI
- KTMT İrəvandan gələcək iştirakı ilə bağlı yekun qərar verməsini istəyir - Baku TV CANLI
- İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV
- İrəvan Moskva xəttindən ayrılır? | KTMT-nin Baş katibindən açıqlama - Baku TV CANLI
- Ermənistan KTMT-ni tərk edir? | Paşinyandan diqqətçəkən mesaj gəldi - 24 SAAT
