Paşinyanın bu oyunu yaxşı bitməyəcək | Zaxarovanı özündən çıxaran məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyi elan edildi, sonra isə bu təşkilatdakı iştiraklarını dondurduqlarını bəyan etməyə başladılar. Başa düşmək istərdim ki, kim kimin tərkibindədir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Ermənistanın KTMT-dəki iştirakını dondurması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Hər sözün, hər bir ifadənin arxasında təkcə son dərəcə vacib olan məna yox, həm də nəticələrinə görə məsuliyyət də olmalıdır. İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ermənistan rəhbərliyi erməni xalqının maraqlarına zidd olan belə qarşılıqlı fəaliyyətdən uzaqlaşmaq xəttinə sadiqdir.
Ümid edirik ki, İrəvanın özünün və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq. Xüsusilə bölgənin bir çox sınaqlarla üzləşdiyini nəzərə alsaq, sözlə oynamaq heç bir yaxşılığa səbəb olmaya bilər”, – M.Zaxarova bildirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
