Peskov hansı sualı cavabsız qoydu? | Açıqlamalarda diqqətçəkən məqamlar
Rusiya Prezidenti Vladimir Putin “Valday”da iştirak üçün getdiyi Soçidən Moskvaya qayıdıb.
Gün ərzində o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib.
O, medianın suallarını cavablandırarkən, bir sıra vacib açıqlamaları ilə diqqət çəkib:
“Rusiyanın Ukrayna ilə bağlı dialoqa açıq olması xüsusi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil. Bütün bunlar ölkəmizin, orada yaşayan rus xalqının təhlükəsizliyi maraqlarına aiddir, burada hər hansı bir dəyişiklik yoxdur.
V.Putin Donald Trampla dialoqa hazırdır, lakin hələlik heç bir konkretlik yoxdur.
Müəyyən konkret addımlar atılmayana qədər Rusiya ilə ABŞ arasında münasibətlərin istiləşməsindən danışmaq tezdir. Müəyyən bəyanatlar var, amma konkret addımların vaxtı çatana qədər bu barədə danışmaq tez olardı”.
Bundan başqa, D.Peskov Şimali Koreya Ordusunun Rusiya tərəfdən Ukrayna savaşına qatılması haqda sualı cavablandırmayıb və bu barədə Müdafiə Nazirliyindən münasibət öyrənməyi tövsiyə edib.
#Rusiya teqi istifadə olunub
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Rusiya Kalininqrad üçün nüvə silahına əl atacaq? - Baku TV CANLI
- “Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV
- Moskvanın xəbərdarlığını təsdiqləyən Rutte Rusiya tərəfinə hansı çağırışı ünvanlayıb?
