Peskov inkar etdi | Rusiya nələri hədəfə aldı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın paytaxtı Kiyevdəki Darnitski avtomobil təmiri zavodunun ərazisinə və Antonov aviasiya zavodu istiqamətində silsilə zərbələr endirilib. Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, mayın 8-i səhər saatlarında Kiyev vilayətinin Brovarı rayonunda güclü partlayış səsləri eşidilib.
Xəbərə görə, Rusiya Ordusu Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin, texnikasının və xarici muzdluların yerləşdiyi ərazilərə, eləcə də infrastruktur obyektlərinə zərbələr endirib.
Bundan başqa, ölkənin enerji obyektləri, müdafiə sənayesi də hədəf alınanlar sırasında olub. Aviazərbələr nəticəsində Poltavada yerləşən enerji infrastrukturu da öz fəaliyyətini dayandırıb.
Silsilə partlayışların ardınca Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Bildirib ki, ordu mülki infrastruklara hücum etməyib.
#Aviazərbə teqi istifadə olunub
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- Vaşinqton gəmini niyə vurdu? | Dənizdə gərginlik - Baku TV
- İsrailin hədəfi hara idi? | İranın hərbi obyektləri vurulub - Baku TV
- İsrail Müdafiə Ordusundan təcili məlumat | Kimlər aradan götürüldü? - Baku TV
