Peskov NATO rəhbərliyinin Putinin bəyanatlarını nəzərə almaq istəməməsini belə adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO rəhbərliyinin Qərb silahları ilə Rusiyaya mümkün hücumların nəticələrinə dair Prezident Vladimir Putinin bəyanatlarını nəzərə almaması təhlükəli və qeyri-peşəkar addımdır”.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə Qərb silahları ilə Rusiya ərazisini vurmağa icazə verəcəyi təqdirdə Alyansın münaqişənin bir hissəsinə çevrilməyəcəyi ilə bağlı açıqlamalarını belə şərh edib.
“Aydındır ki, qısa müddətdən sonra Y.Stoltenberq səsləndirdiyi ifadələrin qarşısında məsuliyyət daşımayacaq, lakin onun mövqeyi son dərəcə təhlükəli və təxribat xarakterlidir”, – deyə D.Peskov vurğulayıb.
Xatırladaq ki, Y.Stoltenberq V.Putinin ölkəsinə zərbə endirilməsinin onun üçün “qırmızı xətt” olması ilə bağlı dediklərinə şübhə ilə yanaşdığını söyləyib.
#Rusiya teqi istifadə olunub
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
